Müğənni Castin Biber 17 yaşlı sevgilisi Sofia Riçi ilə Tokioda tətildən paylaşdığı fotolarla izləyicilərini əsəbiləşdirib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, İnstaqramda sevgilisi ilə 7 fotosunu paylaşıb. Fanatlar keçən həftə Havay adalarında başqa qızla görüntülənən Biberin bir həftə sonra başqa biriylə olmasına qıcıqlanıblar. Etirazlardan bezən Castin "Nifrət dolu şərhlərinizi davam etdirsəniz, İnstaqramımı bağlayacağam. Siz mənim həqiqi fanatlarımsınızsa, sevdiyim insanlara qarşı kobud olmayın" yazıb
Daha sonra müğənninin keçmiş sevgilisi Selena Qomez Castinin paylaşımına şərh yazıb:
"Bu nifrətlə bacara bilmirsənsə, sevgilinlə fotolarını paylaşma. Bu münasibət sənin və onun arasında gizli qalmalıdır. Fanatlarına əsəbiləşmə. Onlar səni sevir".
Daha sonra Selena da şərhini silib.
Milli.Az
