Beyaz TV-də "Söylemezsem Olmaz" proqramının şərhçilərindən olan müğənni Nihat Doğan canlı efirdə aktrisa Beren Saatın adının üstündən xətt çəkib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, efirdə onun arxasından görünən "Beren Saat" yazısından bəzi izləyicilərin narahat olduğunu bildirib. N.Doğan qələmi götürərək aktrisanın adını silməyə çalışıb və sabahdan etibarən bu adın burada olmayacağını vurğulayıb.

Qeyd edək ki, B.Saat Türkiyədə müxalif fikirləri ilə seçilir. O, bir müddət əvvəl ölkənin cənub-şərqində insanların qarşı-qarşıya gətirilməsini pisləmişdi. Daha sonra İstanbul və Ankaradakı terrorlardan sonra səssiz qalan Beren bunların bir oyun olduğunu düşündüyü üçün heç bir şey yazmamışdı. Sərt tənqid olunan B.Saat nəticədə İnstaqramda geniş açıqlama verdikdən sonra paylaşım etməyi saxladığını elan etmişdi.

Aktrisa Türkiyədə 15 iyul hərbi çevrilişinə görə keçirilən 7 avqust mitinqində iştirak etməməklə yenidən diqqətləri üzərinə çəkib. Həyat yoldaşı, müğənni Kənan Doğulu mitinqdə iştirak etsə də, Beren hələ də Los-Ancelesdədir. Onun bir müddət orada qalmasının səbəbi isə süni mayalanma ilə hamilə qalması üçün müalicə almasıdır.

Milli.Az

Canlı yayımda Beren Saatın adını sildi - VİDEO - FOTO