Zaqatalada 14 yaşlı qız xəstəxanaya düşdü

Zaqatalada 14 yaşlı qız xəstəxanaya düşdü
14:22 2 Mart 2015
82 Digər
Ölkə mətbuatı
A- A+

"Kanal S" (Region TV) xəbər ki, Zaqatalada 14 yaşlı qız dərmandan zəhərlənib. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən, rayonun Muxax kənd sakini, 2001-ci il təvəllüdlü Zahidə Nəcməddin qızı Məmmədova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, 14 yaşlı Zahidə Məmmədova bilməyərək yüksək dozada dərman qəbul edib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Zahidə Məmmədovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti hazırda orta-stabil qiymətləndirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/327412.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR