Rio Olimpiadasında futbol yarışları davam edir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,kişilərin yarışında ilk finalçı bəlli olub.

Hondurası darmadağın edən (6:0) Braziliya finala vəsiqə qazanıb. "Barselona"nın hücumçusu Neymar komandasının qələbəsinə 2 qolla töhfə verib.

Finalda "sambaçılar"ın rəqibi Nigeriya - Almaniya cütünün qalibi olacaq.

Rio Olimpiadası
Futbol, yarımfinal

Braziliya - Honduras 6:0
Qollar: Neymar, 1; 91-pen. Qabriel Xesus, 26; 35. Markinyos, 61. Luan Viera, 79

Milli.Az