Rio Olimpiadasında futbol yarışları davam edir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, kişilərin yarışında ikinci finalçı bəlli olub.

Nigeriyanı 2:0 hesabı ilə məğlub edən Almaniya finala vəsiqə qazanıb.

Qeyd edək ki, bundan əvvəl Braziliya Hondurası 6:0 məğlub edərək finala yüksəlib.

Almaniya-Nigeriya - 2:0
Qollar: Klosterman (9), Petersen (89)

Milli.Az