Aktrisa Beren Saat həftəsonu həyat yoldaşı Kənan Doğulunun Bodrumdakı konsertində iştirak edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, gecədə ərəb turistlər də olub. Onlar daha çox Bereni görməyə gəliblər. Hətta Səudiyə Ərəbistanının kral ailəsi də yaxtaları ilə gələrək məkandakı oteldə qalıblar. Otelin yanındakı sahildə ukraynalı milyarder Aleksander Yaroslavskinin yaxtası da görünüb.

B.Saat və Kənan konsertdən əvvəl hava limanında əl-ələ görüntüləniblər. Beren son zamanlar yayılan hamiləlik xəbərlərinə cavab olaraq qarnıaçıq geyimdə olub.

Qeyd edək ki, "Kösəm Sultan" serialı bitdikdən sonra ABŞ-a gedən və orada hamilə qalmaq üçün müalicə aldığı deyilən aktrisa avqustun 7-də təşkil olunan "Demokratiya mitinq"inə qatılmadığı üçün tənqid olunmuşdu.

Beren Saatdan hamiləlik iddialarına cavab - fotolar

Beren Saatdan hamiləlik iddialarına cavab - fotolar

Beren Saatdan hamiləlik iddialarına cavab - fotolar