Avropa Liqasının qrup mərhələsinin II turunda keçirilən "Fiorentina" - "Qarabağ" qarşılaşmasını idarə edəcək avstriyalı Oliver Draxta Azərbaycan komandaları üçün tanış simadır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, onun təmsilçilərimizlə son görüşü ötən il elə Avropa Liqasının II turuna təsadüf etmişdi. Draxta "Qarabağ"ın "Anderlext" üzərində minimal hesablı qələbəsinə şahid olmuşdu - 1:0. Həmin görüşdə cəmi 1 sarı vərəqə göstərən referi belçikalıları cəzalandırmışdı.

2010-cu ildən FİFA hakimi olan 39 yaşlı hakim cəmi 6 aydan sonra UEFA-nın 4-cü kateqoriyasından 2-ciyə qədər yüksəlib. O, 2010-cu il iyunun 2-də Azərbaycan və Honduras millilərinin Avstriyadakı yoxlama matçında fit çalıb. Draxta qolsuz bitən matçda komandamıza 3, rəqibinə 1 sarı verməklə yanaşı, yığmamızı azlıqda da qoyub. Avstriyalı Saşa Yunisoğluna birbaşa qırmızı vərəqə verib.

2010-cu il iyulun 15-də Şimali İrlandiyada "Portdaun"la "Qarabağ"ın matçında da fit çalan avstriyalı meydan sahiblərini iki xəbərdarlıqla cəzalandırıb. Ağdam təmsilçisi səfərdə 2:1 hesabı ilə qələbə qazanıb.

Milli.Az