Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dünya Azərbaycanlı İş Adamlarının I Forumu təxirə salındı

Dünya Azərbaycanlı İş Adamlarının I Forumu təxirə salındı

Date: 18 October 2016 17:24

 

 

Dünya Azərbaycanlı İş Adamlarının I Forumunun daha münasib bir vaxtda keçirilməsi qərara alınıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Dünya Azərbaycanlı İş Adamlarının I Forumunun keçirilməsi ilə bağlı rəsmi məlumatın yayılmasından sonra dünyanın bir çox ölkələrindən Təşkilat Komitəsinə çoxsaylı müraciətlər daxil olub. Müraciətlərdə müxtəlif ölkələrdə sahibkarlıq fəaliyyətilə məşğul olan soydaşlarımız tərəfindən forumun proqramı, müzakirə olunacaq məsələlər, qəbul olunacaq sənədlərlə əlaqədar xeyli sayda ideya və təkliflər irəli sürülüb.

 

Təşkilat Komitəsi daxil olmuş müraciət və təklifləri diqqətlə araşdırıb və tədbirin daha geniş tərkibdə, həmçinin fərqli formatda keçirilməsini məqbul sayıb.

 

Bildirək ki, qeyd edilənlərlə əlaqədar, Təşkilat Komitəsi 2016-cı il oktyabr ayının 28-29-da Bakı şəhərində keçirilməsi nəzərdə tutulmuş Dünya Azərbaycanlı İş Adamlarının I Forumunun daha münasib bir vaxtda keçirilməsini məqsədəuyğun hesab edib.

Forumun tarixi barədə əlavə məlumat veriləcək. 

 


Tags:  Dünya Azərbaycanlı İş Adamlarının Forumu təxirə salındı


RƏYLƏR


Top news