Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Meyxanaçılar arasında qalmaqal

Meyxanaçılar arasında qalmaqal

Date: 30 October 2016 14:05

"Meyxananın vəziyyəti o qədər də ürəkaçan deyil. Toylarda da deyirlər ki, meyxana olmaz. Bu durum mənə pis təsir edir".

Axşam.az-ın məlumatına görə, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "Xəzər maqazin" verilişində deyib. İfaçı meydanda tək olduğunu bildirib:

"Düşünürəm ki, bu yolda tək olduğum üçün çətindir. Meyxanaya tam qayıtmayacam, qismən məşğul olacam. Meyxananı yüksəklərə qaldırmaq lazımdır. Bir az səviyyəni qaldırmışdıq, amma yenə düşüb".
 
N.Qaraçuxurlunun bu sözləri həmkarlarını əsəbləşdirib. Onlar Namiqin sözlərinə etiraz ediblər.

Pərviz Bülbülə: "Onun müştərisi azala bilər. Meyxananı istəyənlər isə azala bilməz. Bu sahədə mənim də zəhmətim var və bunu danmaq olmaz. Elə insan olub ki, meyxananı mənim sayəmdə sevib", - deyə söyləyib.

Rəşad Dağlı da Namiqə etirazını bildirib:

"Meyxananın yetərincə perspektivi var. Meyxana bir-iki il verilişlərdə səslənməsə də, gündəmdə qala bilər. Hər malın öz müştərisi var".

Mehman Əhmədli isə: "Namiq hazırda meyxana ilə məşğul olmur. Mənim meyxana sahəsində yetirmələrim göz qabağındadır", - deyib.

Milli.Az


Tags:  Meyxanaçılar arasında qalmaqal

RƏYLƏR


Top news