Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Namiq üçün özəl gün

Namiq üçün özəl gün

Date: 8 November 2016 14:37

Bu gün meyxanaçı Namiq Qaraçuxurlunun ad günüdür. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, 38 yaşı tamam olan sənətçi "Hər şey daxil" verilişinə qonaq olub və təəssüratlarını bölüşüb:
 
"Yaşımın artmasına baxmayaraq, enerjiliyəm. Yaşlandığımı hiss etmirəm. Ad günümdə heç kövrəlmirəm də. Dünən deyirlər, 38 yaşın oldu, təəccüblənirəm ki, nə? Yaşımı unutmuşam. Ad günümdə heç vaxt efirə çıxmıram. İllərlə insanların qulluğunda oluram. Bircə gün istəyirsən ki, hamı sənə qulluq etsin. İlk təbriki ailəmdən aldım. Bu günü ailəmlə birlikdə qeyd edəcəyəm. Təmtəraqlı ad günü etməyi sevmirəm. Hər il doğum günü keçirənlərə birtəhər baxıram".

Milli.Az


Tags:  Namiq özəl gün

RƏYLƏR


Top news