Əməkdar artist Elza Seyidcahan meyxanaçı Namiq Qaraçuxurlu ilə bağlı maraqlı açıqlama verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni "Tezdən oyan" verilişində onunla bağlı bunları deyib:

"Namiq Qaraçuxurlu ilə qonşu kanalların birində müsabiqələrdə münsif kürsüsündə oturmuşduq. Onu orada kəşf etdim. Namiqə bir könüldən-min könülə aşiq oldum".

E.Seyidcahan xalq artisti Aygün Kazımovanın balığına onun adını verməsinə münasibət bildirib:

"Balıqlarına Namiqlə mənim adımı veribsə, demək, bizi sevir. Orada Namiqin də adını çəkməliydi. Onların dostluqları danılmazdır".

Milli.Az