ABB "Aqrarkredit"ə 10 mlrd. manata yaxın problemli aktiv ötürüb - HESABAT

ABB "Aqrarkredit"ə 10 mlrd. manata yaxın problemli aktiv ötürüb - HESABAT
13:34 14 Noyabr 2016
83 Digər
Ölkə mətbuatı
A- A+

2016-cı ildə "Azərbaycan Beynəlxalq Bank" ASC-nin toksik aktivlərinin "Aqrarkredit" QSC-yə ötürülməsinin birinci mərhələsi uğurla başa çatıb. "APA-Economics" xəbər verir ki, bu barədə bankın cari ilin I yarısına aid konsolidasiya edilmiş audit hesabatında deyilir.

 

Audit "Deloitte" şirkəti tərəfindən aparılıb.

 

Məlumatda bildirilir ki, birinci mərhələ çərçivəsində bankın balansından çıxarılan problemli aktivlərin həcmi 9 mlrd. 930 mln. manat həcmindədir. Qeyd edilib ki, I mərhələdə bankın balansından çıxarılan problemli aktivlərin mütləq əksəriyyəti xarici valyutada olanlardır.

 

"Hazırda ikinci mərhələnin aparılması müzakirə olunur. Bu prosesin 2016-cı ilin II yarısı - 2017-ci ilin I yarısında tamamlanması planlaşdırılır", - deyə sənəddə qeyd edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259424

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR