Dünya qadınlarının ənənəvi gözəllik sirləri

Dünya qadınlarının ənənəvi gözəllik sirləri
17:56 10 Mart 2015
265 Digər
Ölkə mətbuatı
A- A+

Milliyətindən asılı olmayaraq, bütün xanımların bənzər bir arzusu var: gözəl, təravətli, baxımlı görünmək. 

Axşam.az xarici mətbuata istinadən əcnəbi ölkələrdə aktual olan gözəllik vasitələrini təqdim edir: 

İtaliya
Hind qozu yağını üzə və saçlara sürtürlər. Bu, üzü nəmləndirir və saçlara zər kimi parlaqlıq, işıltı verir.

Çin
Bir çay qaşığı bibər yağını bir stəkan yaşıl çayla qarışdırıb, bir müddət saxladıqdan sonra onunla saçları yaxalayın. Bu vasitə ucları haçalanmış, solğun saçların məlhəmidir. İtaliya qızları bu qarışıqdan ibarət vanna qəbul etməklə, dərilərini qeyri-adi hamar və yumşaq edirlər.

Avstraliya
Ayaqlarını avokado ilə ovmaqla, dərini yumşaldıb, qısa paltar geyinməkdən çəkinmirlər.

Yunanıstan
Bədənlərinə körpələr üçün yağ sürtüb, dəniz duzu tökülmüş vanna qəbul edirlər. Bu vasitə dərini nəmləndirir, ona parlaqlıq verir.

Hindistan
Hind qızları badamı əzib, üzərinə yoqurt töküb, bədənə 25 dəqiqəlik maska etməklə, ipək kimi dəriyə sahib olurlar.

Yamayka
Banan qabığını üzə sürtüb, bir müddət saxlamaqla, dəridəki ləkələri yox edirlər.

Yaponiya
Yapon qızları fındıq yağını dəriyə sürtməklə qırışlarını azaldıb, dərini nəmləndirirlər. Bu yağı həm də doğuş sonrası çapıqlar üçün də istifadə edirlər.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=27649

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR