Cavid Qurbanov xanım jurlnalisti rəis təyin etdi

Cavid Qurbanov xanım jurlnalisti rəis təyin etdi
13:14 30 Noyabr 2016
164 Digər
Ölkə mətbuatı
A- A+

 

Nadir Əzməmmədovun rəhbərlik etdiyi Mətbuat Katibliyi ləğv edildi

 

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində yenilik baş verib. Lent.az-ın Avtosfer.az-a istinadən məlumatına görə, QSC sədri Cavid Qurbanovun əmri ilə qurumun Mətbuat Katibliyi ləğv edilib. Onun əvəzində isə İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb. Şöbənin rəisi vəzifəsinə Sevinc Qədirova təyin edilib. İndiyədək Mətbuat Katibliyinin rəhbəri olmuş Nadir Əzməmmədov isə İctimaiyyətlə əlaqəlar şöbəsinin əməkdaşı təyin edilib.

 

Sözügedən yeniliklərlə bağlı məlumatı Avtosfer.az-a QSC-dən təsdiq ediblər.

Qeyd edək ki, Sevinc Qədirova bundan əvvəl ANS və Lider telekanallarında işləyib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261021

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR