Aktual mövzular: Dollar alış-satışı , Məzənnə, Hava haqqında, Neftin qiyməti

"Mənə çox mane olur" - Sevda+fotolar

"Mənə çox mane olur" -  Sevda+fotolar

Date: 2 December 2016 11:41

Müğənni Sevda Yahyayeva aktrisalığından bəhs edib.

Axşam.az-a açıqlama verən sənətçi bildirib ki, işin bu qədər çətin olacağını təsəvvür etmirdi:

“Aktrisalıq çətin və çox maraqlıdır. Ən əsası isə gözəl kollektivimiz var. “Sən olmasaydın” artıq “Sən olmasaydın qisas” adı ilə tamaşaçıların ixtiyarına verilib. Ssenari tamamilə dəyişib. Qarşıda daha da maraqlı bölümlər var”.

S.Yahyayeva aktrisalığın müğənnilik fəaliyyətinə mane olduğunu deyib:

“Mane olur, özü də necə lazımdır. Çalışıram balansı saxlayım. Hazırda Ceyhun Əliyevlə duet üzərində çalışırıq. Çox maraqlı bir mahnı olacaq. 2017-ci ilin əvvəlində təqdim etməyi düşünürük. Qarşıda isə Namiq Qaraçuxurlu ilə duetimiz gözlənilir”.







Tags:  Mənə çox mane olur Sevdafotolar

RƏYLƏR


Top news