Britaniyalı keçmiş futbolçu Devid Bekhem və həyat yoldaşı, dizayner Viktoriya Bekhem Los-Ancelesdə yerləşən dəbdəbəli villalarını satışa çıxarıblar.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, cütlüyün belə qərar verməsinə səbəb 1 hektardan da böyük ərazisi olan villanın onlara balaca gəlməsi olub.
İtalyan villası üslubunda tikilən iqamətgahı Bekhemlər 2007-ci ildə 17 milyon dollara alıblar. Evdə 9 hamam otağı, çoxsaylı yataq otaqları, hovuz və idman zalı var.
Cütlük evə ilkin olaraq 30 milyon dollar qiymət qoyub.
Milli.Az