Sosial şəbəkə istifadəçiləri fəal şəkildə Alla Puqaçovanın "Milyon al qızılgül" mahnısının iranlı müğənni Ququşdan "oğrulamasını" müzakirə mövzusuna çevrilib.
Bu gün Alla Puqaçovanın vizit-kart mahnısı ""Milyon al qızılgül" Alla Puqaçeva 1982 - Ququş 1969" adlı çarxın sayəsində populyarlıq qazanır. Videoda "YouTube" istifadəçisi "iseemir" həmin mahnının A.Puqaçova və dünya şöhrətli Azərbaycan əsilli İran müğənnisi Ququşun ifalarının kollajını təqdim edib.
Bu çarx şəbəkədə ajiotaja səbəb olub və rusiyalı primadonnann ünvanına plagiat etməkdə ittihamlar səslənib.
Milli.Az bu barədə 1news.az-a istinadən xəbər verir.
Çarxda A.Puqaçovanın arxiv videosu istifadə olunub, Ququqşun isə 1969-cu il tarixli fotoşəkli qoyulub və "Milyon..." mahnısının fars dilində ifası verilib.
Videoya diqqətlə baxdıqda Ququşun səsinin təsvir ilə uyğun olmadığı görünür. Bura, sadəcə, müğənninin fars dilində oxuduğu "Milyon..." mahnısı yerləşdirilib, mahnı isə 2013-cü ildən tez yazılmayıb.
Kompozisiya yalnız Sovet İttifaqında deyil, onun hüdudlarından kənarda da populyar idi, mahnı indi də Yaponiyada xüsusi şöhrətə sahibdir. Mahnı, həmçinin bir çox dillərdə - ingilis, koreya, ivrit, fin, vyetnam, isveç, macar və sair dillərdə oxunub. Onların ən məşhurları aşağıda göstərilib.
Milli.Az