Devid Bekhem və xanımı Viktoriya Bekhem ABŞ-ın Los-Anceles şəhərində yerləşən superlüks villanı 201,3 milyon dollara satın almağa hazırlaşırlar.

Milli.Az ABC-yə istinadən bildirir ki, "The Manor" adlı, 17 yataq otağı və 24 vanna otağı olan villa Hollivud Hills səmtindədir.

Bekhemlər ailəsi bu arada Los-Ancelesdə indi onlara məxsus olan villanı 30 milyon dollara satışa çıxarıblar.

Devid Bekhemin dediyinə görə, hazırda yaşadıqları villa "balacadır" və bu səbəbdən də o, böyük ailəsi üçün böyük villa almaq niyyətinə düşüb.

Beverli-Hilss və Bel-Eyr arasında yerləşən villa möhtəşəm memarlıq ansamblını xatırladır.

41 yaşlı Devid və 42 yaşlı Viktoriyanın dediklərinə görə, italyan memarlığı üslubunda olan villanı hələ ötən il satın almaq istəyirdilər.

Bekhemlər ailəsinin qonşuluğunda isə beynəlxalq "Formula-1" yarışlarının sahibi Berni Ekklstounun qızı Petra Ekklstoun və əri Ceyms yaşayırlar. Onların villasının dəyəri isə 214 milyon dollardır.

"The Manor" villasını almaq səbəblərini açıqlayan Bekhemlər ailəsi onu da vurğulayıblar ki, dörd övladlarının "normal yaşamaları və oynamaları" üçün "The Manor" əlverişli məkandır.

Bu villada 4 avtomobil üçün qaraj olmaqla yanaşı, 100 avtomobil üçün nəzərdə tutulmuş dayanacaq da var.

Milli.Az

Devil Bekhem 201,3 milyon dollara villa alır - FOTO