Devid Bekhemin xanımı Viktoriya Bekhem yeni kolleksiyalarından olan çantalardan istifadə edir.
Milli.Az The Sun-a istinadən bildirir ki, 42 yaşlı Viktoriya "klatç" tipli çantalara üstünlük verir.
Onun dediyinə görə, qulpsuz çantalar yeni, 2017-ci ilin trendi olacaq.
Bundan başqa, onun sözlərinə görə, qulpsuz çanta bədənə daha yaxın tutulur və bu minvalla qolun oynaqları ilə əzələrinə daha az yük düşür.
Çantanın baldıra yaxın tutulması həm də qadını vizual olaraq arıqladır, belə optik illüziya yaradır.
Milli.Az


