Futbolçu Devid Bekhem və onun müğənni, dizayner həyat yoldaşı Viktoriya Bekhemin 11 yaşlı oğlu Kruz Milad mahnısı oxuyub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, azyaşlı oxuduğu "Əgər hər gün Milad olsa" (If everyday was Christmas) adlı mahnıya klip də çəkdirib. Xeyriyyə məqsədi ilə atılan bu addımda Kruza qardaşları və bacısı da kömək olublar.

Klipdə rəqs edən Kruz sinifyoldaşlarını da ətrafına toplayıb.

Oğlunun mahnı oxuması və klip çəkdirməsinə münasibət bildirən Devid deyib:

"Kruz mənə yaxınlaşdı və xeyriyyə məqsədi ilə bir mahnı oxuyub klip çəkdirsəm, olar? deyə sual verdi. Mən də nə deyəcəyimi bilmədim. Çünki o, hələ balacadır. Məktəbdə oxuyur. Bütün fikrini dərslərinə yönəltməlidir. Amma ortada xeyriyyə məsələsi varsa, mən bundan sadəcə qürur duyuram".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bekhemlərın 11 yaşlı oğlundan ilk klip - VİDEOBekhemlərın 11 yaşlı oğlundan ilk klip