Futbol tarixində iz buraxan ingiltərəli Devid Bekhem övladlarının onun yoluyla getməməsiylə barışmaq məcburiyyətindədir.

Publika.az xəbər verir ki, bu günlərdə Devid və Viktoriya Bekhemlərin 11 yaşlı oğlu Kruz musiqi sahəsində debüt edib. Onun ilk klipi işıq üzü görüb. Kruzun ilk mahnısı “If Everyday Was Christmas” (Hər gün Milad bayramı olsun) adlanıb.

Balaca musiqiçinin ilk işi sosial şəbəkələrdə populyarlıq qazanmaqla yanaşı, radioda da səslənib. Klipdə Kruzdan başqa, onun böyük qardaşları – Bruklin və Romeo, həmçinin 5 yaşlı bacısı Harper də iştirak edir.

Bekhemin oğlunun ilk klipinin ərsəyə gəlməsinə Castin Biberin prodüser heyəti də köməklik göstərib.

Devid isə “Instagram” səhifəsində “Oğlumla fəxr edirəm” sözlərini yazıb.

Pərviz Hikmət