“ATV maqazin onlarla” verilişi Yeni il üçün xüsusi buraxılış lentə alıb.
Axşam.az-ın məlumatına görə, proqramın kollektivi bu münasibətlə bir çox tanınmışı bir araya yığıb.
Maraqlı anların yaşandığı mərasimdə küsülü ifaçılar yan-yana gəlib. Onlardan biri də xalq artisti Aygün Kazımova və rəqqasə Oksana Rəsulova olub. Uzun müddət küsülü olan tanınmışlar bu yay barışdıqlarını desələr də, birlikdə görüntülənməmişdi. Onlar ilk dəfə sözügedən çəkiliş prosesində bir araya gəlib, şəkil çəkdiriblər.
Qeyd edək ki, A.Kazımova ilə O.Rəsulovanın küsməsinə səbəb meyxanaçı Namiq Qaraçuxurlu olmuşdu. Oksana ilə Namiqin sevgili olmaları haqda xəbər yayılmışdı. Həmin ərəfə meyxanaçı ilə sevgili olan A.Kazımova bu xəbərə sərt reaksiya vermişdi.
Foto: Ramin ASLANOV




