"Victoria's Secret" brendinin ən məşhur modellərindən biri Alessandra Ambroisio vətənində istirahət edir.
Milli.Az El Mundo-ya istinadən bildirir ki, 35 yaşlı model Santa-Katarina ştatındakı Florianpolis şəhərindədir. O, qeyri-rəsmi nikahda olduğu Ceymi Mazura və iki övladı - 8 yaşlı Anya Lüis və 4 yaşlı Noa Fenikslə birlikdə dincəlir.
Alessandra çimərlikdə olarkən reportyorların kameralarından yayına bilməyib.
Milli.Az










