Azərbaycan ən təhlükəsiz ölkələr siyahısında

Azərbaycan ən təhlükəsiz ölkələr siyahısında
03:09 15 Fevral 2017
323 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan cinayətkarlıq səviyyəsinin göstəricisinə görə dünyanın 20 ən təhlükəsiz ölkələri siyahısına daxil edilib. APA-nın “kavkasia.net”-ə istinadən verdiyi xəbərə görə,  reytinq ölkələr və şəhərlər barədə dünyanın ən böyük statistik məlumat bazasına malik “Numbeo” resursu tərəfindən hazırlanıb.  

 

Resursun 125 ölkədə apardığı araşdırmanın nəticələrinə əsasən, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri siyahısında 18 yerdə qərarlaşıb. İlk onluqda Qətər, Sinqapur, Avstriya, BƏƏ, Honqkonq, Gürcüstan, Yaponiya, Danimarka və Belarus yer alıb.     

 

Venesuela, Honduras, Cənubi Sudan, Cənubi Afrika, Nigeriya, Braziliya və Salvador ən kriminal ölkələr siyahısında yer alıb.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267640

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR