Xocalı soyqırımı ilə bağlı Parisdə və Sarayevoda konfrans keçiriləcək

Xocalı soyqırımı ilə bağlı Parisdə və Sarayevoda konfrans keçiriləcək
08:18 18 Fevral 2017
156 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisin deputatı Rövşən Rzayev Xocalı soyqırımının 25-ci il dönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün fevralın 20-də Fransaya sonra isə Bosniya və Herseqovinaya səfər edəcək.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, deputat Paris şəhərində Azərbaycanın Fransadakı səfirliyi tərəfindən təşkil olunmuş “Xocalı soyqırımı həqiqətləri” adlı konfransda iştirak edəcək. Sözü gedən tədbirə Fransa parlamentinin üzvləri və yerli ictimaiyyətin nümayəndələri qatılacaqlar. Konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəsadları, o cümlədən Xocalı soyqırımı ilə bağlı çıxışlar nəzərdə tutulub.

Sonra Rövşən Rzayev Xocalı soyqırımı ilə bağlı Sarayevoda keçiriləcək regional konfransda iştirak edəcək. Toplantıda Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində törətdikləri cinayətlər barədə məlumat veriləcək, bu faciəyə beynəlxalq ictimaiyyətin münasibəti, cinayətkarların cəzalandırılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq, bu faciədə həlak olan günahsız insanların xatirəsi anılacaq.

Səfər fevralın 25-də başa çatacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/188293.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR