Azərbaycanlı tanınmış müğənni Roza Zərgərli bu yaxınlarda yeni layihəsini təqdim edəcək. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, həmkarı Valeh Vəliyevlə duet oxuyacaq: “Bu yeniliklərim, layihələrim bol olacaq. Sözləri Şirin Məmmədov, musiqisi Ruslan Səfəroğluna məxsus “Biri sənsən biri mən” adlı mahnını Valehlə birgə oxumuşam. Fərqli alınıb. Həyata keçirəcəyim layihə barədə isə öncədən açıqlama verməyim. Bu yaxınlarda bunu hər kəs biləcək”.