"Mersedes" avtomobili sürənlər

Almaniyanın nəhəng avtomobil şirkəti "Mercedes-Benz" ABŞ-dakı 354 min avtomobilini geri çağırıb.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, şirkət istehsal etdikləri avtomobillərinin mühərriklərində problem olduğunu açıqlayıb.

Geri çağırılan 354 min avtomobilin arasında "Mersedes"in 2015-2017-ci illərdə istehsal olunan "C-Class", "E-Class", "CLA" modelləri də var.

Həmçinin, adı çəkilən satılmış avtomobillərin sahibləri ilə əlaqə saxlayıb, nasaz hissələrinin dəyişdirilməsinin yerli dilerlər tərəfindən aparılacağını da qeyd edib.

Ülviyyə İNŞALLAH / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR