Aktrisa Kristen Styuart baş rolda oynadığı "Personal Shopper" adlı filmin qala gecəsinə qatılıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Los Ancelesdə keçirilən təqdimat mərasimində Kristen yeni imici ilə diqqət çəkib.
Belə ki, saçlarını çox qısa kəsdirən aktrisa tədbirə sadə geyimdə gedib. Jurnalistlərin suallarını cavablandıran Styuart yenidən aktyor Robert Pattissonla görüşdüyünü bildirib.
Qeyd edək ki, bir müddət əvvəl K.Styuart "Victoria's Secret"in modeli Stella Maksveli ilə sevgili olduğunu söyləmişdi.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



