Tolik Ruhini yalançı adlandıranları SUSDURDU: “Məktubu şəxsən mən aparmışam”

Tolik Ruhini yalançı adlandıranları SUSDURDU: “Məktubu şəxsən mən aparmışam”
17:28 10 Mart 2017
264 Şou
Ölkə mətbuatı
A- A+

Biznes-ledi Ruhi Əliyevanın 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı qadın cəzaçəkmə müəssisəsindəki məhkum xanımlarla görüş keçirməsi müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, bəzi saytlar Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin rəsmi saytında Ruhi Əliyevanın adının qeyd olunmamasını əsas gətirərək tədbirin Ruhi Əliyeva tərəfindən deyil, dövlət təşəbbüsü ilə keçirildiyini yazıb və onu yalan məlumatlar yaymaqda günahlandırıblar.

Məsələylə bağlı biznes-ledinin yaxın dostu olan prodüser Tarix Əliyevlə (Tolik) əlaqə saxladıq. O, Ruhi Əliyevanın tədbir keçirmək istəməsi ilə bağlı yazılmış məktubu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinə şəxsən özü apardığını bildirib:

“Birinci dəfə deyil ki, biz belə tədbirlər keçiririk. 2015-ci ildə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə də qadınların cəzaçəkmə müəssəsində görüş keçirmişdik. Bu xəbəri yazanlar gedib əllərini ciblərinə salıb belə tədbirlər həyata keçirsin, sonra söz demək haqqını tapsınlar. Biz oraya bayram sovqatı ilə getmişik. Bunu deməzlər və Ruhi xanım bu barədə danışmaq istəmir, lakin bu xəbərlər məni vadar edirik ki, Ruhi Əliyevanın oraya 550 nəfərə yaxın xanımın üçün bayram payı apardığını qeyd edim. İcazə məktubunu da Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinə şəxsən mən aparmışam. Məktubda qeyd olunmuşdu ki, “Mən Ruhi Əliyeva doğum günümü qadın koloniyasında keçirmək istəyirəm”. Ruhi xanımın reklama ehtiyacı yoxdur. Müğənnilik etmir, ümumiyyətlə şou sahəsindən tamamilə uzaqdır. Tədbir haqqında ətraflı məlumatı Bazar günü Atv-də yayımlanan “Şən Bazar” verilişində baxıb öyrənə bilərlər. Ruhi xanım bütün bunları onsuz da Allah yolunda edib. Kim nə yazmasının əhəmiyyəti yoxdur. Əsas odur ki, Allah onun niyyətini və hansı təşəbbüslə etdiyini görür. Əgər həqiqəti bilmək istəyirsinizsə, onda “Şən Bazar”-a baxın”.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətindən əldə etdiyimiz məlumata görə, ilk təşəbbüs Ruhi Əliyevadan gəlib:

“Bəzi qadınlar doğum gününü restoranlarda qeyd edir. Lakin o, 8 Mart Beynəlxalq Qadınlar Gününə təsadüf edən doğum gününü qadın kaloniyasında təntənəli şəkildə qeyd etməyə üstünlük verib. Hər şeyi Ruhi xanım özü təşkil edib. Sadəcə dövlət qurumu olduğu üçün saytda sadəcə dövlət adamlarının adları qeyd edilib. Ruhi Əliyeva isə sahibkar kimi yazılıb”.

Xatırladaq ki, Ruhi Əliyevanın təşəbbüsü ilə keçirilən mərasimdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, Ədliyyə Nazirliyi Penitensiar Xidməti Tərbiyə müəssisələri nəzdində yaradılmış Himayəçilik şurasının sədri Xalidə Bayramova və Pentensiar xidmətin rəis müavini Hüseynağa Əlixanov iştirak edib.

Cəzaçəkmə müəssəsində qonaq olan şəxslər orada fəaliyyət göstərən toxuculuq, tikiş, xalça və digər fabriklərdə çalışan məhkum xanımlarla da tanış olublar. Qonaqlar çıxış edərək xanımları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, onların tezliklə azadlığa qovuşmaqlarını diləyiblər. Rəsmi hissənin ən xoş hadisəsi isə 9 məhkum xanımın şərti azadlığa buraxılması olub. Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov bunun cəza tədbirlərinin humanistləşdirilməsindən irəli gəldiyini və bənzər tədbirlərin davam edəcəyini deyib.

Rəsmi hissədən sonra məhkum xanımlar üçün konsert proqramı təşkil edilib. “Nuray” instrumental ansamblının müşayiəti ilə müğənnilər Elton Hüseynəliyev, Namiq Qaraçuxurlu, Yaşar Yusub və Vasif Əzimov çıxış ediblər. Bayram konsertinin aparısı Cavid Gül olub. Qonaqlar sırasında həmçinin tanınmış modelyer Afaq İsmayılzadə, jurnalist Türkan Məmmədli, eləcə də müxtəlif KİV nümayəndələri iştirak edib.

Konsert proqramından sonra məhkum xanımlar üçün Ruhi Əliyevanın təqdim etdiyi bayram süfrəsi açılıb və tort kəsilib.












Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/190850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR