Röya Ağdamda, Aygün Bakıda...

Metbuat.az azərbaycanlı şou-biznes nümayəndələrinin nə vaxt və harada doğulduqlarını təqdim edir:


Xalq artisti Flora Kərimova 1941-ci ilin iyulunda Bakıda anadan olub.

Xalq artisti Nəzpəri Dostəliyeva 1964-cı il dekabrın 23-də Şamaxıda doğulub.

Nadir Qafarzadə 11 fevral 1971-ci ildə Azərbaycanın Şabran rayonunda anadan olub.

Xalq artisti Brilliant Dadaşova 15 sentyabr 1965-ci ildə Bakı şəhərində anadan olub.

Xalq artisti Aygün Kazımova 1971-ci il yanvar ayının 26-da Bakıda dünyaya gəlib.

Əməkdar artist Röya Ayxan 1982- ci il iyun ayının 14-də Ağdamda dünyaya gəlib.

Xalq artisti Faiq Ağayev 29 dekabr 1971-cı ildə Bakıda anadan olub.

Rəqsanə İsmayılova 25 may 1979-cu ildə Gədəbəydə dünyaya göz açıb.

Samir Bağırov 21 avqust 1967-ci ildə Bakıda anadan olub.

Xalq artisti Məleykə Əsədova 1967-ci il aprel ayının 23-də Neftçala rayonunda anadan olub.

Meyxanaçı Namiq Qaraçuxurlu 8 noyabr 1978-ci ildə Qaraçuxur qəsəbəsində dünyaya gəlib.

Zamiq Hüseynov 26 oktyabr 1983-cü ildə Füzuli şəhərində dünyaya göz açıb.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR