İvanka Tramp atasının xüsusi müşaviri olacaq

İvanka Tramp atasının xüsusi müşaviri olacaq
01:54 30 Mart 2017
129 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp rəsmi olaraq dövlət qulluqçusu olacaq və Ağ Evdə pulsuz işləyəcək.

 

APA-nın xəbərinə görə, bu barədə “The New York Times” yazıb.

 

Məlumata görə, onun vəzifəsi “prezidentin xüsusi müşaviri” adlanacaq. İvanka Trampın artıq Ağ Evdə iş otağı da var.

 

Bundan əvvəl İ.Tramp atasının administrasiyasında hər hansı vəzifə tutmayacağını bildirirdi.

 

Qeyd edək ki, İvanka Trampın həyat yoldaşı  Cared Kuşner ABŞ-ın yeni prezidentinin böyük müşaviri vəzifəsində çalışır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270868

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR