Xəbər verdiyimiz kimi, məşhur model Miranda Kerr ikinci dəfə ana olacaq.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Victoria's Secret"in mələyinin hamiləliyi Çinə səfəri zamanı üzə çıxıb.
Bu barədə Miranda rəsmi açıqlama verməsə də, amma ötən gecə Parisdə görüntülənən modelin qarnı onu ələ verib. Belə ki, paparazzilərə tuş gələn Kerrin qarnının böyüdüyü gözdən yayınmayıb.
Qeyd edək ki, Miranda "Snapchat"ın yaradıcısı milyarder Evan Şpigellə nişanlıdır. Bu, modelin ikinci evliliyi olacaq. O, bundan əvvəl aktyor Orlando Blumla evli olub və cütlüyün bir oğlu dünyaya gəlib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində