Sahibsiz it Zaqatala sakinini dişlədi

Sahibsiz it Zaqatala sakinini dişlədi
22:34 17 Aprel 2017
118 Digər
Ölkə mətbuatı
A- A+

Zaqatalada quduzluğa tutulması ehtimal olunan sahibsiz it 35 yaşlı kişini dişləyib.

 

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saatlarında rayonun Çobankol kənd sakini, 1982-ci il təvəllüdlü Sərxan Piri oğlu Mustafayev sol bilək nahiyəsinin it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub.

 

Sərxan Mustafayevə xəstəxanada lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272399

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR