Parisin mərkəzində növbəti atışma

Parisin mərkəzində növbəti atışma
00:39 21 Aprel 2017
95 Digər
Ölkə mətbuatı
A- A+

Parisin mərkəzində daha bir atışma baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.  

 

Bundan əvvəl Fransa paytaxtının mərkəzində atışmanın baş verdiyi, nəticədə bir polis əməkdaşının öldüyü, digərinin yarandığı barədə məlumat verilmişdi.  

 

Hücum edənlərin iki nəfər olduğu bildirilir. Onlardan biri cavab atəşi ilə öldürülüb, digəri hadisə yerindən qaçıb.   

 

Cinayətkarın axtarışı davam etdirilir.

 

İnsidentin terror aktı olduğu istisna edilmir.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272700

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR