"Mən nəsə deyəndə, kimlərinsə xətrinə dəyir. Orada tanınmaq çətindir. Oranın şou-biznesinin öz qanunları var. Şahidi olmuşam, deyirlər, bizdə məşhurlaşmayacaqlar".
Publika.az-ın axşam.az-a istinadən məlumatına görə, bu
sözləri Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova
"Lider maqazin"ə açıqlamasında deyib.
Aktrisa əməkdar artist Röya Ayxanla yaşadığı
qalmaqaldan danışıb:
"Kiminsə proqramına getmək üçün nə qədər pul tökürlər. O pullara
heyfim gəlir. Mən ona heç bir şey demədim. Mənim iradım Beyaza idi.
Yazdım ki, Azərbaycan ulduzu, Rihannası, Madonnası deyirsən, amma
gətirib bir mahnı oxutdurursan. Bu, Azərbaycan sənətçisinə edilən
ən böyük mədəniyyətsizlikdir. Əvvəl bir müğənni qatılanda qulağımla
eşitdim ki, demişdi: Azərbaycan müğənnilərini qapıdan qovursan,
bacadan gəlirlər. Müğənnilərimizə deyirəm ki, ağırlıqlarını
qorusunlar. Onda hamını onlar özləri çağıracaqlar. Onların
ulduzları bizdə tanınır, böyük qonorar alırlar. Bizimkilər isə
orada qazanmırlar. Niyə gedib orada tanınmağa çalışırlar? Ən gözəl
dəyəri bizimkilər verir. Ən böyük qonorarı da bizim biznesmenlər
ödəyir".
Xatırladaq ki, M.Abbasova R.Ayxanın "Bəyaz şou"dakı çıxışı ilə
bağlı fikirlərini bölüşmüşdü. O, Röyanın verilişdə yalnız bir mahnı
oxumasını qınamış, bunu hörmətsizlik adlandırmışdı.
Röya isə cavabında aktrisa haqda bu fikirləri bildirmişdi:
"50 ildir gedib Türkiyədə oturan biri hələ heç bir iş görməyib, İnstaqramda haqqımda nələrsə yazıb. Əlində süpürgə tutmaqdan başqa heç nə görmədim. Sən özün kimsən, sənə nə hörmət qoydular ki, mənim adımı çəkirsən? Get süpürgəni al əlinə, yağış yağanda pəncərəni silərsən. Yaşca məndən böyükdür, ağıllı olsun. Türkiyədə tapmayım onu. Cavabını verməliydim, qarabağlıyam, yoxsa ürəyim partlayardı".