Dünyanın ən təhlükəli və təhlükəsiz şəhərlərinin yeni reytinqi tərtib edilib.
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, reytinqi şəhər və ölkələr haqqında məlumat üzrə ixtisaslaşan "Numbeo" portalı hazırlayıb. Reytinqə əsasən, dünyanın ən təhlükəli şəhəri Venesuealının paytaxtı Karakasdır. Siyahıda sonrakı yerləri müvafiq olaraq San-Pedro-Sula (Honduras), Pitermaritsburq (Cənubi Afrika) və Fortaleza (Braziliya) tuturlar. Dünyanın ən təhlükəsiz şəhəri isə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabi qəbul edilib. Onu Almaniyanın Münhen şəhəri izləyir.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində