Evinizin rahatlığı üçün yeni imkan - FOTO

Evinizin rahatlığı üçün yeni imkan - FOTO
12:17 25 Aprel 2017
Ölkə mətbuatı
A- A+

İnteryer dizaynı yaşadığımız məkanın, yəni mənzilin, evin daxilindəki ab-havanı, bilavasitə həyat ortamını müəyyənləşdirir. Bu baxımdan evin daxilindəki mebel və aksessuarlar önəm kəsb edən nəsnələrə çevrilir.
Mebellə aksessuarların bir məkanda satışı isə, təbii, interyeri dəyişmək və ya rövnəqləndirmək istəyən müştərinin rahatlığını təmin edir, onun seçim imkanlarını artırır. Eyni zamanda, belə birləşmə, üzləşmə Azərbaycanda interyer dizaynının inkişafını da şərtləndirir.

"Mirage mebel" və "Viktoriya Studio" şirkətləri də Azərbaycanda innovasiyanı gerçəkləşdirərək, birgə şou-rum açıblar.

3700 m2 sahəli bu böyük şou-rum Bakıda, Əhməd Rəcəbli, 156 ünvandadır.
Geniş çeşidləri ilə müştərilərin uzun zamandır rəğbətini qazanmış salonlarda, siz öz evinizə uyğun istədiyiniz hər bir mebel məhusllarını tapa bilərsiniz. Burada hamam mebellərindən, seramiklər, mərmər, divar kağızlarından başlayaraq, yataq, qonaq, yumşaq uşaq mebelləri və hətta ofisləriniz üçün ən uyğun dəstləri əldə edə bilərsiniz.

2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən, hamam mebelləri və aksesuarları ilə brendə çevrilən, Viktoriya Studiya İtaliya, İspaniya, Almaniya və Türkiyə daxil olmaqla 50-dən çox firma ilə iş görməkdədir.

Viktoriya Studiyanın rəhbəri Əfqan Bəşirovun sözlərinə görə, fəaliyyətə başladıqları gündən etibarən müştərilərə yüksək keyfiyyətli məhsullar təqdim etməklə hər zaman onların məmnuniyyətini və etibarını qazanıblar:

"Viktoriya Studiyada hamam mebelləri və aksesuarları daxil olmaqla seramik və mərmər işləri də görülür. Bir brend olaraq 2005-ci ilin yanvar ayından işləməyə başlamışıq.

Bu uzun illər ərzində bir çox böyük layihəyə imza ataraq, daim müştəriləmizi məmnun etməyə çalışmışıq.

"Mirage mebel" ilə əvvəllər də kiçik iş birliyimiz olub, ancaq tam olaraq bu cür böyük işlər görməmişik. Təklifi ilk öncə mən etdim və onlar da bu təklifi qəbul edərək böyük iş ortaqlığına başladılar".

Türkiyə, İran və digər ölkələrdə də fəaliyyət göstərən "Mirage mebel" uzun illərdir ki, müştərilərin zövqünü oxşayır. Bu barədə açıqlama verən salon rəhbəri Nuri Gürcan Azərbaycanda 10 ildir ki, bu sektor üzrə çalışdığını vurğulayıb:

"Türkiyədə, əsasən də İstanbulda 3 fabrikimiz mövcuddur. Burada 150-dən çox insan çalışmaqdadır. Mirage bu gün 11 ölkədə fəaliyyət göstərməkdədir. Növbəti ölkə isə qardaş Azərbaycan oldu.

"Mirage mebel"in müştərilərinə ünvanladığı təkliflər spektrinə, sadəcə, mebel daxil deyil: şirkət mənzil və evlərin interyer dizaynının hazırlanmasını da təklif edir.

Əhməd Rəcəbli 156,

office@victoria.az

www.victoria.az

www.miragemobilya.com

+994 12 565 55 66


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/538224.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR