Məşhur modellər dekoltedə sərhəd tanımadılar - FOTOLAR

Məşhur modellər dekoltedə sərhəd tanımadılar - FOTOLAR
15:18 2 May 2017
178 Şou
Ölkə mətbuatı
A- A+

Dünən Nyu-Yorkda, Metropoliten İncəsənət Muzeyinin nəzdindəki Kostyum İnstitutunda yaponiyalı dizayner və “Comme des Garcons”un qurucusu Rey Kavakubonun avanqard yaradıcılığına həsr olunmuş gecəyə gələn bir çox məşhurların geyimi müzakirələrə səbəb olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Bella Hadid, Kendal Jenner, Kara Delevin kimi modellər mərasimə geyimi ilə damğa vurub. Belə ki, Bella Hadid kürəyi büzdüm sümüyünə qədər açıq olan kombinezon seçib. Kendal Jenner isə olduqda torlu parçadan hazırlanan və sadəcə intim yerlərini örtən kostyumja üstünlük verib. Kara Delevin isə sinə dekoltesi və keçəl başına çəkilən zərlə diqqət çəkməyə nail olub.

Dünya şöhrətli müğənni Rihanna da seçilənlər cərgəsinə düşüb. Ulduz çiçək ləçəklərini xatırladan geyimi ilə sadəcə təəccübldirməklə kifayətlənib. O, obrazını budlarına qədər uzananan ipli bosonojka ilə tamamlayıb. Lakin Rihannanın obrazı dəb mütəxəssislərinin müsbət rəylərini qazana bilməyib.

Ulduzların uzun müddət maqazin və moda gündəmini məşğul edən libaslarının fotolarını təqdim edirik.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/197276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR