Oksana Rəsulova 130 min manata başa gələn filminin qala gecəsinə gəlmədi - FOTOLAR

Oksana Rəsulova 130 min manata başa gələn filminin qala gecəsinə gəlmədi - FOTOLAR
10:08 12 May 2017
108 Şou
Ölkə mətbuatı
A- A+

Dünən Nizami Kino Mərkəzində "Brat Li" filminin təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, komediya janrında çəkilən filmdə baş rollarda Oksana Rəsulova, İlkin Misgərli, Məlahət Abbasova və başqaları çəkilib. Həmçinin qeyd edək ki, filmdə baş rolda döyüş sənətləri üzrə dünyanın məşhur döyüş ustası və aktyoru Brüs Linin yalnız xarici görkəmcə deyil, həmçinin hərəkətləri ilə qüsursuz bənzəri olan 22 yaşlı Əfqanıstan vətəndaşı Abbas Əlizadə də rol alıb.

Baş rol ifaçılarından O.Rəsulova, İ.Misgərli və M.Abbasova qalada iştirak etməyib. Filmin rejissoru Nicat Rzazadə bildirib ki, rəqqasə-aktrisa Oksana Rəsulova Hindistanda olduğu üçün qala gecəsinə qatıla bilməyib. Məlahət Abbasova Türkiyədəki işləri ilə bağlı, İlkin Misgərli isə başqa bir filmin çəkilişlərində olduğundan gələ bilməyiblər. Bununla belə Oksana Rəsulova videogörüntü ilə kollektivi təbrik edib.

Nicat Rzazadə film haqqında təəssüratlarını bizimlə bölüşüb: “Film komediya və bir qədər fantastik janrında çəkilib. Reallıqdan çox uzaqdır, nağılvari tərzdədir. Sırf döyüş üslubunda çəkə bilməzdik, çünki burada onun üçün şərait yoxdur. Bu səbəbdən də yumoristik bir film çəkməyə qərar verdik. Hadisələr baş rol qəhrəmanının həyata keçirmək istədiyi qeyri-real aruzlarından bəhs edir. Film az büdcəyə çəkilməyib, ümumilikdə 130 min manata başa gəlib”.

Gecəyə tanınmış simalardan Əməkdar artist Murad Dadaşov, müğənnilər Emil Bədəlov, Yaşar Yusub, Ceyhun Əliyev, Elnur Məmmədov, Vüqar Muradov, Üzeyir Mehdizadə, reper Cin, meyxanaçı Namiq Qaraçuxurlu, aparıcı Kamilə Babayeva da qatılıb.

Filmin bütün texnikası və texniki heyəti xarici ölkələrin birinə həvalə olunub. Komediya janrında olan filmin çəkilişləri Bakıda, İsmayıllıda və Şəkidə aparılıb. Film Azərbaycandan başqa, Əfqanıstan, Türkiyə və MDB ölkələrində də nümayiş olunacaq.

Aytən,

Fotolar: Nurlan Gülməmmədov


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/198475.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR