Bu saç düzümü sizi keçəl qoya bilər

Bu saç düzümü sizi keçəl qoya bilər
22:32 12 May 2017
374 Maraqlı
Ölkə mətbuatı
A- A+

Son vaxtlar bu saç düzümü məşhurlar arasında da xeyli yayılıb. Söhbət at quyruğu və toppuzdan gedir. Tanınmış xanımlar müxtəlif tədbirlərə bu saç düzümündə gedirlər. Rihanna, Kate Hudson, Hailee Steinfeld kimi ulduzlar da "Met Gala"ya bu saç stiliylə qatılıblar. Ancaq mütəxəssislər bu saç stilinin keçəlliyə səbəb olduğuna dair xəbərdarlıq edir.

Milli.Az lent.az-a istinadən bildirir ki, tarım, möhkəm şəkildə arxaya yığılmış saç düzümü üzü gərdiyi və daha gənc göstərdiyi üçün bir çox xanımlar illərdir ona üstünlük verir. Son illər isə əvvəl olmadığı qədər dəbdədir. İngiltərənin tanınmış cərrahı Dr. Edward Ballın fikrincə isə, bu dəbli stil tüklərin tökülməsinə səbəb olur. Saçlar at quyruğu, toppuz və ya hörgü formasında yığıldıqda tük köklərini zədələyir. Davamlı dartıldığı üçün saç köklərində iltihab meydana gelir.

Saçlarını daim toplayan kişilər də risk altındadır. Realiti ulduzu Calum Best əvvəllər saçlarını möhkəm dartıb at quyruğu şəklində yığırdı. Nəticədə üç dəfə saç əkdirmək məcburiyyətində qalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/543981.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR