"Görürsən ki, biri o birinin ayağının altını qazır"

"Görürsən ki, biri o birinin ayağının altını qazır"
15:27 14 May 2017
119 Şou
Ölkə mətbuatı
A- A+

Bəzən insan tək qalmalı və düşünməlidir. Bu, mənim adətimdir. Hərdən hər şeyi atıb uzaqlaşır, özümlə tək qalıram.

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, bu sözləru meyxanaçı Namiq Qaraçuxurlu "Xəzər maqazin"ə açıqlamasında deyib.

İfaçı bildirib ki, hərdən tək qalmağı sevir:

"Uzun müddətdir bu şəraiti özümə yarada bilmirdim. Bu yaxınlarda getdim, iki gün tək qaldım. Özüm bişirdim, çay dəmlədim, özümə qulluq etdim. Tək olanda bəzən daha yaxşı istirahət edirsən. Bir az öz həyatım, bir az şou-biznes haqda düşündüm. Şou aləmində çox olanda çirkinlikləri görür, sənətdən iyrənirsən. Gedib dincəlirsən, qayıdır proqrama qatılırsan. İlk verilişdən görürsən ki, biri o birinin ayağının altını qazır, pislik edir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/544674.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR