Dünən axşam İngiltərənin Mançester şəhərindəki güclü partlayışdan sonra bu gün səhər saatlarında Londonda terror həyəcanı yaşanıb.
Milli.Az "Mirror"a istinadla bildirir ki, Londonun "Victoria Coach Station"dan (Viktoriya avtobus dayanacağı) sərnişinlər təxliyə ediliblər. Polis oradakı şübhəli əşya ilə bağlı araşdırma aparır.
"Victoria Coach Station" Londonun ən böyük avtobus terminalıdır.
Qeyd edək ki, "Mançester Arena"da törədilən terakt nəticəsində 22 nəfər ölüb, 59 nəfər yaralanıb. Terrora görə İŞİD məsuliyyəti öz üzərinə götürüb.
Bəxtiyar Umarlı
Milli.Az