Əslən Barbadosdan olan populyar amerikalı müğənni Rianna dünən Nyu-Yorkdakı Parson Dizayn Məktəbinin təşkil etdiyi "Parsons School of Design Benefit" gecəsinə qatılıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 29 yaşlı müğənninin geyimi bir zamanlar çox populyar TV-personaj olmuş "Detektiv Kolombo"nu xatırladıb.

1968-1978-ci illərdə NBC, 1989-2003-cü illərdə isə ABC telekanalında nümayiş olunmuş "Columbo" detektiv serialının baş qəhrəmanı, Los-Anceles polisinin leytenantı Kolombo rolunu Piter Falk oynamışdı.

Detektiv Kolombo yaddaşlara məşhur plaşı ilə həkk olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində