“Mançester Yunayted” Avropa Liqasının qalibi oldu

“Mançester Yunayted” Avropa Liqasının qalibi oldu
00:54 25 May 2017
98 Digər
Ölkə mətbuatı
A- A+

Qitənin ikinci dərəcəli klub turniri olan Avropa Liqasının finalı keçirilib.

 

APA-nın məlumatına görə, həlledici qarşılaşmada Stokholmda  “Ayaks” və “Mançester Yunayted” qarşılaşıb.

 

Görüş Joze Mourinyonun yetirmələrinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

İlk dəfə Avropa Liqasının qalibi olan “Mançester Yunayted”  növbəti mövsümdə Çempionlar Liqasında çıxış etmək hüququ qazanıb.

 

Avropa Liqası

Final

 

“Ayaks” (Hollandiya) – “Mançester Yunayted” (İngiltərə) - 0:2

Qollar: Poqba, 18, Mxitaryan, 48

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275355

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR