Məşhurlar pullarını ən çox nəyə xərcləyirlər? - SİYAHI

Məşhurlar pullarını ən çox nəyə xərcləyirlər? - SİYAHI
19:22 25 May 2017
124 Şou
Ölkə mətbuatı
A- A+

Milli.Az Axşam.az-a istinadən dünya ulduzlarının ən çox nəyə pul xərclədiklərini təqdim edir:

Müğənni Meray Keri - Nyu-Yorkdakı 3 mərtəbəli evinin bir böyük otağında ayaqqabı kolleksiyası var. Mindən çox ayaqqabısı olan ifaçı onların bir cütünə azı min dollar xərcləyib.

Müğənni Rihanna - barbadoslu ifaçı Rihannanın qəribə xasiyyəti var. O, saç imicini tez-tez dəyişməyi sevir. Belə ki, sənətçi qısa, uzun, buruq, sarı, qara, qırmızı və sair kimi bir çox şəklə və rəngə salınmış saçlarına il ərzində 1 milyon dollardan çox pul xərcləyir.

Aktrisa Keti Holmes - aktyor Tom Kruzdan 6 yaşlı Suri adlı bir qızı var. Aktrisa bütün sərvətini ona xərcləyir. Belə ki, Surinin ayaqqabı kolleksiyasının 150 min, paltar dolabının isə 3-8 milyon dollar arası bir dəyərdə olduğu təxmin edilir.

Komediya aktyoru Cerri Seinfild - avtomobil kolleksiyası yığır. 61 yaşlı Cerri daha çox "Porsche"yə üstünlük verir. Onun o qədər avtomobili var ki, hətta, bir fabriki alıb qaraj elətdirib.

Basketbolçu Carles Barkley - qumar aludəçisidir. İdmançı bu günə qədər qumarda 10 milyon dollardan çox pul xərcləyib. O, daha çox qumarda 6 saata 2.5 milyon dollar itirməsi ilə tanınır.

Müğənni Selin Dion - Floridadakı 71 milyonluq evində 3 min ədəd ayaqqabısı var. Sənətçi dəyəri ən az 5 milyon olan ayaqqabılarını satmaq qərarına gəlib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/548337.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR