Xoşbəxtlikdən hönkür-hönkür ağladı - FOTO

Xoşbəxtlikdən hönkür-hönkür ağladı - FOTO
19:52 28 May 2017
Ölkə mətbuatı
A- A+

Bu il 70-ci dəfə keçirilən Kann film festivalı öz axarı ilə davam edir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ötən gün "The Beguiled" adlı filmin təqdimetmə mərasimi keçirilib.

Qırmızı xalçada qonaqlar arasında filmdə rol alan aktrisa Kristin Dants da görünüb. O, gecəyə gələr-gəlməz hönkür-hönkür ağlamağa başlayıb.

Filmin rejissoru Sofia Coppola və həmkarları Nikol Kidman, Kolin Farrel, El Fanninq Dantsdan ağlamağının səbəbini soruşublar. Lakin 35 yaşlı aktrisa qəhərdən danışa bilməyib.

Daha sonra Kristinin pərəstişkarlarının sevgi və coşğusundan duyğulandığı, yəni xoşbəxtlik və həyacandan ağladığı ortaya çıxıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/548426.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR