Hondurasda stadionda basırıq zaman 5 nəfər ölüb

Hondurasda stadionda basırıq zaman 5 nəfər ölüb
06:12 29 May 2017
133 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 29 may. REPORT.AZ/ Hondurasda futbol üzrə milli çempionatın oyunundan əvvəl stadionda yaranan basabas nəticəsində azı 5 nəfər ölüb, daha 27 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
"Report" xəbər verir ki, bu barədə "La Prensa" nəşri yazıb.
İnsident mayın 28-də günün ikinci yarısı "Motaqua" və "Qonduras Proqresso" komandalarının oyununa az qalmış baş verib.
Polisin məlumatına görə, oyuna həddindən çox bilet satılıb ki, bu səbəbdən də stadion qədərindən artıq dolub. Bəzi fanatlar arenaya düşmək üçün polislə dava edib. Nəticədə basırıq yaranıb və girişdə bir neçə nəfər həyatını itirib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/hondurasda-stadionda-basiriq-zaman-5-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR