"Victoria's Secret" brendinin ən populyar modellərindən biri Kendis Sueynpul 8 aylıq fasilədən sonra yenidən podiumlara qayıdır.

Milli.Az TMZ-yə istinadən bildirir ki, əslən Cənubi Afrika Respublikasından olan 28 yaşlı model oğlu Anakanı dünyaya gətirəndən sonra karyerasında fasilə etmişdi.

Dünənsə o, İnstagram-dakı profilində yeni çəkildiyi fotosessiyadan şəkilləri paylaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində