Futbol üzrə Meksika yığması yoldaşlıq oyununda İrlandiyanı 3:1 hesabı ilə məğlub edib.
Milli.Az report-a istinadən xəbər verir ki, matçda hesabı 16-cı dəqiqədə Xesus Korona açıb.
Ardınca Raul Ximenes 25-ci dəqiqədə Meksikanın üstünlüyünü iki topa çatdırıb. Karlos Vela isə 54-cü dəqiqədə hesabı 3:0 edib. İrlandiyanın təsəlli qolunu 76-cı dəqiqədə Stiven Qlison vurub.
Meksika növbəti oyununu Dünya çempionatı-2018-in seçmə mərhələsi çərçivəsində Hondurasa qarşı keçirəcək. Meksikalılar iyunun 18-dən Konfederasiyalar Kubokunda mübarizəyə qoşulur. Komanda ilk olaraq Portuqaliya ilə qarşılaşacaq. Qrupda Rusiya və Yeni Zelandiyada var.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:


Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində