Müğənni Rihanna son zamanlar aldığı artıq çəkiləri ilə gündəmdədir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, barbadoslu müğənninin son zamanlar kökəlməsi onun hamilə olması şayiələrinə gətirib çıxarmışdı. Lakin müğənninin Kann Film Festivalında içki içib siqaret çəkməsi deyilənlərin doğruluğunu təsdiqləmədi.

Bu yaxınlarda küçələrdə görüntülənən Rihannanın bel və çanaq hissədən kökəlməsi depressiyada olması ilə bağlı yeni dedi-qodular yaradıb. Bütün bunlara baxmayaraq, enli libaslara üstünlük verən müğənni əyləncəsindən də qalmır.

Milli.Az